Gürcüstanda ticarət mərkəzləri və restoranlar açılır

Gürcüstanda ticarət mərkəzləri və restoranlar açılır

BİZNES
1,339

Gürcüstanda ticarət mərkəzləri və restoranların fəaliyyəti iyunun 1-dən etibarən bərpa olunacaq.

Bu barədə ölkənin Baş Naziri Giorgi Qaxariya açıqlama verib: “1 İyun tarixindən etibarən ticarət mərkəzləri, açıq və qapalı bazarlar və açıq məkana sahib restoranlar fəaliyyət göstərməyə davam edəcək. 8 iyun tarixindən etibarən isə bütün növ restoran xidmətləri bərpa ediləcək və həmçinin Səhiyyə Nazirliyinin yoxlamaları nəticəsində icazəsi olan otellər də açılacaq”.

Bununla yanaşı Qaxariya qeyd edib ki, tibbi maskalardan istifadə və gigiyena standartlarına riayət etmək məcburi qayda olaraq qalacaq.

(c)Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstanda ticarət mərkəzləri və restoranlar açılır — Fins.az — Fins.az