Gürcüstan köhnə avtomobillərin idxal rüsumunu artırır

Gürcüstan köhnə avtomobillərin idxal rüsumunu artırır

BİZNES
466

Fins.az - Gürcüstan hökuməti 6 ildən köhnə avtomobillərin idxalına qadağa tətbiq etmək planından imtina edib. Bunun əvəzinə belə nəqliyyat vasitələri üçün gömrük rüsumu kəskin artırılacaq.

Baş nazir İrakli Kobaxidze bildirib ki, 6 ildən köhnə minik avtomobilləri üçün idxal rüsumu mühərrikin hər kub santimetri üçün 4,5 lari olacaq.

Hazırda Gürcüstanda minik avtomobillərinin idxalı üçün standart rüsum 0,8 lari/1 kub sm təşkil edir. Hökumət qərarın biznes və vətəndaşların maraqları nəzərə alınaraq dəyişdirildiyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...