
Gürcüstan Azərbaycana pivə ixracını artırıb
Bakı, 19 noyabr Fins.az
Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 320,27 min ABŞ dolları dəyərində 337,29 ton pivə ixrac edib.
Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.
Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 40,84 min dollar və ya 11,3% azalıb, həcmi isə 7,99 ton və ya 2,4% artıb. Belə ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 361,11 min dollar dəyərində 329,30 ton pivə ixrac edib.