Gürcüstan Azərbaycan ilə ticarət dövriyyəsini açıqlayıb

Gürcüstan Azərbaycan ilə ticarət dövriyyəsini açıqlayıb

BİZNES
448

Gürcüstanın xarici ticarət dövriyyəsi 2020-ci ilin yanvar-avqust ayları arasında 16,7% azalıb.

Bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayıb. Məlumata görə, bu dövr ərzində ixrac 14,7%, idxal isə 17,5% azalıb. 2020-ci ilin başlanğıcından indiyə qədər Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyə, Rusiya və Çin olub. Bu ölkələrlə ticarət 2,5 milyard dollar təşkil edib ki, bu da ümumi ticarət dövriyyəsinin 36%-i deməkdir.

Azərbaycan siyahıda dördüncü yerdə qərarlaşıb. Bakı ilə ticarət dövriyyəsi 593,8 milyon dollar təşkil edib. İlk onluqda Ermənistan, ABŞ, Ukrayna, Bolqarıstan, Almaniya, İtaliya yer alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Gürcüstan Azərbaycan ilə ticarət dövriyyəsini açıqlayıb — Fins.az — Fins.az