Goldman Sachs və Morgan Stanley neft üzrə proqnozlarını aşağı salıblar

Goldman Sachs və Morgan Stanley neft üzrə proqnozlarını aşağı salıblar

BİZNES
230

Fins.az - Goldman Sachs ABŞ və İran arasında münaqişənin nizamlanması prosesinin başlanmasına dair memorandumun imzalanmasından sonra neft qiymətləri üzrə proqnozunu aşağı salıb.

Bankın analitikləri 2026-cı il üçün Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozu bir barel üçün 90 dollardan 85 dollara endiriblər.

Eyni zamanda, Morgan Stanley da proqnozunu yeniləyib. Bank Dated Brent etalon neftinin dördüncü rübdəki qiyməti üzrə gözləntisini bir barel üçün 100 dollardan 90 dollara qədər azaldıb.

Mütəxəssislər hesab edirlər ki, Yaxın Şərqdə gərginliyin azalması enerji bazarlarında qiymətlərə təzyiqi zəiflədə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Goldman Sachs və Morgan Stanley neft üzrə proqnozlarını aşağı salıblar — Fins.az — Fins.az