Fransanın xarici ticarət kəsiri yanvarda 1,8 milyard avroya enib

Fransanın xarici ticarət kəsiri yanvarda 1,8 milyard avroya enib

BİZNES
449

Fins.az - Fransanın xarici ticarət balansında kəsir yanvar ayında əhəmiyyətli dərəcədə azalaraq 1,8 milyard avroya düşüb. Bu barədə ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb. Bir ay əvvəl bu göstərici yenidən hesablamalardan sonra 4,3 milyard avro səviyyəsində qiymətləndirilmişdi. Beləliklə, yanvar ayı üzrə göstərici 2009-cu ilin iyulundan bəri ən aşağı səviyyə hesab olunur.

Yanvar ayında Fransanın idxalı 2025-ci ilin dekabrı ilə müqayisədə 3,6% azalaraq 55,3 milyard avroya düşüb. Ən böyük azalma nəqliyyat maşınqayırması məhsullarının idxalında qeydə alınıb – bu sahədə göstərici 9,6% azalıb. Təbii karbohidrogenlər və elektrik enerjisi idxalı 10,6%, digər sənaye məhsullarının idxalı isə 2,2% azalıb.

Regionlar üzrə idxalda da geriləmə müşahidə olunub. Asiya ölkələrindən idxal 6,7%, Afrika ölkələrindən 17%, Şimali və Cənubi Amerikadan 3,9%, Avropa İttifaqı ölkələrindən 0,6%, Avropanın digər ölkələrindən isə 6,1% azalıb.

Eyni zamanda Fransanın ixracı 0,7% artaraq 53,4 milyard avroya çatıb. Nəqliyyat maşınqayırması məhsullarının ixracı 0,8%, təbii karbohidrogenlər və elektrik enerjisinin ixracı 16,2%, informasiya və nəşriyyat məhsullarının ixracı isə 43,3% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransanın xarici ticarət kəsiri yanvarda 1,8 milyard avroya enib — Fins.az — Fins.az