Fransada inflyasiya martda 2024-cü ildən bəri maksimuma çatıb

Fransada inflyasiya martda 2024-cü ildən bəri maksimuma çatıb

BİZNES
189

Fins.az - Fransada istehlak qiymətləri mart ayında illik müqayisədə 2% artaraq 2024-cü ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb. Məlumat Fransanın Milli Statistika İdarəsi tərəfindən açıqlanıb.

Fevral ayında inflyasiya 1,1% təşkil etdiyi halda, martda bu göstərici nəzərəçarpacaq dərəcədə yüksəlib. İlkin qiymətləndirmə 1,9% olsa da, yekun göstərici daha yüksək olub.

İnflyasiyanın sürətlənməsinin əsas səbəbi enerji daşıyıcılarının bahalaşmasıdır. Mart ayında enerji qiymətləri 7,4% artıb, halbuki fevralda bu sahədə 2,9% ucuzlaşma qeydə alınmışdı.

Ekspertlər artımı əsasən Yaxın Şərqdəki münaqişənin qlobal enerji bazarına təsiri ilə əlaqələndirirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fransada inflyasiya martda 2024-cü ildən bəri maksimuma çatıb — Fins.az — Fins.az