Fiziki və hüquqi şəxslərə büdcədən milyonlarla manat qaytarılıb

Fiziki və hüquqi şəxslərə büdcədən milyonlarla manat qaytarılıb

BİZNES
260

2026-cı ilin yanvar-may ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 122 milyon 161,4 min manat məbləğində vəsait geri qaytarılıb.

Fins.az Maliyyə Nazirliyinin məlumatına əsasən xəbər verir ki, geri qaytarılan vəsaitlər əsasən vətəndaşların pərakəndə ticarət və ictimai iaşə sahələrində əldə etdikləri mallar üzrə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin geri ödənilməsi ilə bağlı olub.

Bununla yanaşı, mədəniyyət sahəsində göstərilən xidmətlərə, o cümlədən teatr, kino, muzey və konsert biletlərinə görə ödənilmiş ƏDV, tibbi xidmətlər üzrə ƏDV, eləcə də işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən mehmanxanalarda göstərilən xidmətlərə görə ödənilmiş verginin qaytarılması da həyata keçirilib.

Hesabat dövründə əcnəbilər tərəfindən Azərbaycan ərazisində istehsal olunmuş və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödənilən ƏDV məbləğlərinin geri qaytarılması da davam etdirilib.

Nazirlikdən bildirilib ki, geri ödənişlər yalnız ƏDV qaytarmalarını əhatə etməyib. Belə ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi də vətəndaşlara qaytarılıb.

Bundan əlavə, artıq ödənilmiş vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlər də dövlət büdcəsindən geri ödənilən vəsaitlərin tərkibində yer alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fiziki və hüquqi şəxslərə büdcədən milyonlarla manat qaytarılıb — Fins.az — Fins.az