
“Fitch Ratings” qlobal iqtisadi proqnozu “pisləşən” səviyyəyə endirib
Fins.az - “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Yaxın Şərqdəki münaqişənin təsirləri fonunda cari il üzrə qlobal iqtisadi sektora dair proqnozunu dəyişib.
Məlumata görə, əvvəl “neytral” qiymətləndirilən proqnoz “pisləşən” səviyyəsinə endirilib.
Agentlik iqtisadi artımın zəifləyəcəyini, inflyasiyanın və istiqraz gəlirlərinin artacağını, həmçinin geosiyasi risklərin yüksələcəyini proqnozlaşdırır.
Eyni zamanda qeyd olunur ki, qlobal iqtisadiyyatın və maliyyə şərtlərinin müəyyən dayanıqlığı bu risklərin təsirini qismən məhdudlaşdıra bilər.