Fins.az media tərəfdaşlığı ilə Milli Marketinq Forumu uğurla başa çatıb

Fins.az media tərəfdaşlığı ilə Milli Marketinq Forumu uğurla başa çatıb

BİZNES
189

Fins.az xəbər portalının media tərəfdaşlığı ilə “Facemark” şirkətinin təşkilatçılığı əsasında keçirilən Milli Marketinq Forumu uğurla yekunlaşıb. Marketinq, rəqəmsal kommunikasiya, biznes və kontent sahələrini bir araya gətirən forum ölkənin aparıcı peşəkar platformalarından biri kimi diqqət çəkib.

“Biznesin nəbzini tut!” devizi ilə fəaliyyət göstərən Fins.az forumun informasiya dəstəyi və geniş ictimaiyyətə çatdırılması prosesində aktiv rol oynayıb. Portal tədbir boyu baş verən çıxışlar, panel müzakirələri və əsas mesajların operativ və analitik təqdimatı ilə biznes auditoriyasının məlumatlandırılmasına töhfə verib.

Fins.az – aparıcı iqtisadi-media platforması

Qeyd edək ki, Fins.az 18 oktyabr 2013-cü ildə təsis edilib və fəaliyyət göstərdiyi müddət ərzində ölkənin aparıcı iqtisadi-media platformalarından birinə çevrilib. Portal iqtisadiyyat, maliyyə və biznes sahəsində operativ, dəqiq və analitik məzmun təqdim etməklə etibarlı informasiya mənbəyi kimi mövqeyini möhkəmləndirib.

Fins.az maliyyə, sənaye, kənd təsərrüfatı, turizm, avtomobil, əmlak, nəqliyyat, İKT və digər strateji istiqamətlər üzrə gündəlik xəbərlər, təhlillər, müsahibələr və bazar icmalları yayımlayır. Portalın əsas prioriteti obyektivlik, operativlik və peşəkar jurnalistika prinsiplərinə sadiqlikdir.

Portal dövlət qurumları, maliyyə institutları və biznes subyektləri ilə sıx əməkdaşlıq edərək ölkə iqtisadiyyatında baş verən yenilikləri geniş auditoriyaya çatdırır, eyni zamanda iqtisadi maarifləndirmənin təşviqi və sahibkarlıq mühitinin inkişafına töhfə verir.

Fins.az VT Company şirkətinə məxsusdur və şirkətin media, PR və kommunikasiya sahəsindəki peşəkar təcrübəsi portalın strateji inkişafına, məzmun keyfiyyətinin yüksəldilməsinə və biznes auditoriyası ilə effektiv əlaqələrin qurulmasına imkan yaradır.

Forumun əsas məzmunu və müzakirələr

Forum çərçivəsində 500-dən çox iştirakçı bir araya gələrək süni intellekt, marketinq kommunikasiyaları və kreativ sənayenin gələcəyi kimi mövzuları müzakirə edib.

“AI işığında brendlər” panelində süni intellektin brend strategiyalarına təsiri, “Marketinq kommunikasiyaları” panelində dəyişən istehlakçı davranışları və kommunikasiya modelləri, “Kreativ sənayenin təkamülü” panelində isə yaradıcılıq və texnologiyanın vəhdəti müzakirə olunub.

Forum gün ərzində çıxışlar, panel müzakirələri və interaktiv sessiyalarla iştirakçılar üçün bilik və təcrübə mübadiləsi platformasına çevrilib.

Fins.az-ın media dəstəyi ilə geniş ictimai rezonans

Tədbirin media tərəfdaşı kimi Fins.az forumun ictimai rezonansını artıraraq marketinq və biznes icmasının daha geniş məlumatlandırılmasına şərait yaradıb.

Ətraflı: https://fins.az/az/biznes/xi-milli-marketinq-forumu-ugurla-tamamlanib

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Fins.az media tərəfdaşlığı ilə Milli Marketinq Forumu uğurla başa çatıb — Fins.az — Fins.az