Exxon Mobil Yaxın Şərq müharibəsi fonunda hasilatın azalacağını gözləyir

Exxon Mobil Yaxın Şərq müharibəsi fonunda hasilatın azalacağını gözləyir

BİZNES
342

Fins.az - ABŞ-ın ən böyük neft-qaz şirkətlərindən biri olan Exxon Mobil birinci rübdə hasilatın təxminən 6% azalacağını proqnozlaşdırır. Bu azalma Yaxın Şərqdəki müharibə ilə əlaqələndirilir.

Bununla belə, neft, qaz və digər karbohidrogenlərin qiymətlərində artım şirkətin upstream seqmentinin gəlirlərinə müsbət təsir göstərə bilər. Hesablamalara görə, bu artımın ümumi təsiri 2,9 milyard dollara qədər qiymətləndirilir.

Neft və digər maye karbohidrogenlərin bahalaşması 1,9–2,3 milyard dollar, qaz qiymətlərinin artımı isə 0,2–0,6 milyard dollar əlavə gəlir gətirə bilər.

Məlumatlara əsasən, birinci rübdə “Brent” markalı neftin orta qiyməti əvvəlki rüblə müqayisədə 24% artaraq 78,38 dollar təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Exxon Mobil Yaxın Şərq müharibəsi fonunda hasilatın azalacağını gözləyir — Fins.az — Fins.az