Ermənistanın telekommunikasiya infrastrukturuna  vurduğu ziyan aradan qaldırılır

Ermənistanın telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır

BİZNES
339

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutması nəticədə Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib.

Fins.az xəbər verir ki, baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Döyüş bölgəsində çalışan əməkdaşların təhlükəsizliyi üçün zəruri tədbirlər həyata keçirilir. Düşmənin təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün “Aztelekom” tərəfindən telekommunikasiya üzrə vəziyyətə nəzarət gücləndirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ermənistanın telekommunikasiya infrastrukturuna vurduğu ziyan aradan qaldırılır — Fins.az — Fins.az