
Erkan Özoral:İlk hədəfimiz Türkiyə ilə Azərbaycan arasında ticarət sazişinin imzalanmasıdır-EKSKLUZİV
İlk hədəfimiz Türkiyə ilə Azərbaycan arasında ticarət sazişinin imzalanmasıdır.
Bunu Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral fins.az-a açıqlamasında deyib.
O bildilib ki, Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi münasibətlərin səviyyəsi gündən-günə böyüyür.Keçən il 4milyard dollar həcmində ticarət dövriyyəsi həyata keçirlib. Bu 2018-ci il ilə müqaisədə çox böyük artımın olduğunun göstəricisidir. Bunu daha da artırmaq üçün davamlı şəkildə işlər aparılır.
Səfir bildirib ki, İlk hədəfimiz Türkiyə ilə Azərbaycan arasında ticarət sazişinin imzalanmasıdır. Bu Türkiyə və Azərbaycan iqtisadiyyatlarnı Türkiyənin və Azərbaycanın iş imkanlarını,iş dünyasını bir-birinə daha da yaxınlaşdıracaq,daha çox iş həyata keçirmələrini təmin edəcək müqavilə olacaq.
Erkan Özoral "Gələn həftə Bakı çox önəmli toplantıya ev sahibliyi edəcək. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısı prezidentlər səviyyəsində gerçəkləşdiləcək . Bu da bizim həm siyasi həm də iqtisadi münasibərlərimizi gözdən keçirmək,gələcəklə bağlı nə edə biləcəyimiz görməklə bağlı çox önəmli toplantı olacaq-deyə qeyd edib .
Müəllif: Aynur Qəniyeva