EPDK enerji sektorunun rəqəmsallaşdırılması üzrə Türkiyə təcrübəsini EMTA ilə bölüşdü

EPDK enerji sektorunun rəqəmsallaşdırılması üzrə Türkiyə təcrübəsini EMTA ilə bölüşdü

BİZNES
127

Fins.az - Azərbaycan-Türkiyə IV Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2025-2026-cı illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) mütəxəssisləri arasında enerji sektorunda rəqəmsallaşma mövzusunda onlayn görüş baş tutub.

Görüş zamanı İşçi qrupun EMTA və EPDK-dan olan həmsədrləri Elmar Güləliyev və Mustafa Yavuzdemir iştirakçıları salamlayaraq, görüşün mövzusunun əhəmiyyətini vurğulayıblar.

Daha sonra EPDK-nın nümayəndəsi Zühre Aydın enerji sektorunun müasirləşdirilməsi, sektorun rəqəmsal transformasiyası və innovativ idarəetmə mexanizmlərinin tətbiqinə həsr olunmuş təqdimatla çıxış edib. Z.Aydın təqdimatında enerji bazarlarında rəqəmsallaşma, yeni biznes modelləri, tənzimləyicilərin rolu və süni intellekt əsaslı xidmətlər sahəsində Türkiyə təcrübəsindən də bəhs edib.

Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EPDK enerji sektorunun rəqəmsallaşdırılması üzrə Türkiyə təcrübəsini EMTA ilə bölüşdü — Fins.az — Fins.az