Əli Məsimli: Sahibkarlar arasında sosial sorğu keçirilməlidir

Əli Məsimli: Sahibkarlar arasında sosial sorğu keçirilməlidir

BİZNES
1,045

Rəqabət məcəlləsinin qəbul edilməsi çox vacibdir. Bu məcəllənin qəbulu ilə ölkədə sahibkarlığın inkişafı sahəsində müsbət nəticə əldə etmək mümkündür.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli fevralın 16-da komitə üzvlərinin İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşündə deyib.

Vergi yükünün optimallaşdırılmasından danışan Əli Məsimli ƏDV-nin faiz dərəcəsinin aşağı salınmasının əhəmiyyətini qeyd edib.

Sahibkarlar arasında sosial sorğunun keçirilməsinin vacibliyini bildirən komitə sədrinin müavini deyib: “Vaxtilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə iş adamları arasında sosial sorğu keçirilmişdi və bunun çox müsbət təsiri olmuşdu. Özəlləşdirmə vacib məsələdir. Bu, onilliklərlə fəaliyyətsiz qalan müəssisələrin işə salınmasına kömək edərdi. Potensialımıza uyğun olaraq iqtisadi tempi artırmalıyıq”.

Torpaqla bağlı mülkiyyət münasibətlərinə toxunan deputat bu sahədə ciddi addımların atılmasının vacibliyini qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əli Məsimli: Sahibkarlar arasında sosial sorğu keçirilməlidir — Fins.az — Fins.az