Eli Lilly Britaniyalı Centessa şirkətini alacaq – əməliyyatın həcmi $7,8 milyard

Eli Lilly Britaniyalı Centessa şirkətini alacaq – əməliyyatın həcmi $7,8 milyard

BİZNES
298

Fins.az - Dünyanın ən böyük kapitalizasiyalı farmaseptik şirkəti olan ABŞ-ın Eli Lilly Britaniyalı Centessa Pharmaceuticals Plc şirkətini alır. Əməliyyatın ümumi dəyəri $7,8 milyard təşkil edə bilər.

Eli Lilly açıqlayıb ki, tərəflər yekun saziş imzalayıblar və bu sazişə əsasən, Eli Lilly Centessa-nın bütün səhmlərini hər birinə $38 qiymətində alacaq ki, bu da təxminən $6,3 milyarda bərabərdir.

Bundan əlavə, satışçı şirkət müəyyən hədəflərə çatdığı təqdirdə əlavə $9/səhmlik mükafat (təxminən $1,5 milyard) almaq hüququna malik olacaq. Razılaşdırılmış ümumi qiymət Centessa səhmlərinin 30 mart bağlanış qiymətinə nisbətən 70% premiumu əhatə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Eli Lilly Britaniyalı Centessa şirkətini alacaq – əməliyyatın həcmi $7,8 milyard — Fins.az — Fins.az