
Elektron satınalmalarla dövlət büdcəsinə 99,5 milyon manat qənaət edilib
Bu ilin yanvar–fevral aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilmiş məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 19,6% təşkil edib.
Fins.az Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz bəndi artım göstərib.
Məlumata əsasən, hesabat dövründə elektron satınalmalar nəticəsində dövlət büdcəsinə ümumilikdə 99,5 milyon manat qənaət edilib. Ötən ilin eyni dövründə bu göstərici 45,8 milyon manat olub.
Beləliklə, elektron satınalmalar nəticəsində büdcəyə qənaət edilən məbləğ illik müqayisədə 53,7 milyon manat və ya 2,2 dəfə artıb.
Agentliyin məlumatında qeyd olunur ki, bu artım elektron satınalma sisteminin effektivliyini, dövlət vəsaitlərindən daha səmərəli istifadəni və ümumi maliyyə idarəçiliyinin təkmilləşməsini nümayiş etdirir.