EIA neft qiymətləri ilə bağlı yeni proqnoz açıqlayıb

EIA neft qiymətləri ilə bağlı yeni proqnoz açıqlayıb

BİZNES
315

ABŞ Energetika Nazirliyi 2026-cı il üzrə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

Fins.az ABŞ Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən Enerji İnformasiya Administrasiyasının hesabatına istinadən xəbər verir ki, qurum “Brent” markalı neftin orta qiyməti üzrə proqnozu 96 ABŞ dollarından 94,85 ABŞ dollarına endirib.

Məlumata görə, 2026-cı ildə WTI (West Texas Intermediate) markalı neftin orta qiymətinin 85,68 ABŞ dolları səviyyəsində olacağı gözlənilir. Halbuki əvvəlki proqnozda bu göstərici 87,41 ABŞ dolları olaraq qiymətləndirilmişdi.

Bununla yanaşı, EIA 2027-ci il üzrə neft qiymətləri proqnozlarını da yeniləyib. Agentliyin ehtimalına əsasən, gələn il “Brent” markalı neftin bir barelinin orta qiyməti 79,39 ABŞ dolları olacaq. Əvvəlki proqnozda bu rəqəm 76,09 ABŞ dolları idi. WTI markalı neft üzrə proqnoz isə 72,43 ABŞ dollarından 74,39 ABŞ dollarına yüksəldilib.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə “Brent” və WTI markalı neftin orta qiymətləri müvafiq olaraq 69,04 ABŞ dolları və 65,4 ABŞ dolları təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EIA neft qiymətləri ilə bağlı yeni proqnoz açıqlayıb — Fins.az — Fins.az