EIA Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

EIA Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb

BİZNES
348

ABŞ-ın Energetika Nazirliyi yanında fəaliyyət göstərən Energetika İnformasiyası Administrasiyası Azərbaycanda 2026-2027-ci illər üzrə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozunu yeniləyib.

Fins.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, agentliyin proqnozuna əsasən, 2027-ci ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı orta hesabla 540 min barel təşkil edəcək. Bu göstərici üzrə əvvəlki proqnoz dəyişməz saxlanılıb.

Məlumata görə, 2026-cı ildə də ölkədə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 540 min barel səviyyəsində olacağı gözlənilir və bu proqnozda da dəyişiklik edilməyib.

Hesabatda qeyd olunur ki, Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 2025-ci ildə 570 min barel, 2024-cü ildə isə 600 min barel olub. Beləliklə, EIA yaxın illərdə hasilatda azalma tendensiyasının davam edəcəyini proqnozlaşdırır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EIA Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb — Fins.az — Fins.az