DVX vergi inzibatçılığının modernləşdirilməsi üçün yeni rəqəmsal strateji istiqamətləri açıqlayıb

DVX vergi inzibatçılığının modernləşdirilməsi üçün yeni rəqəmsal strateji istiqamətləri açıqlayıb

BİZNES
541

Fins.az - Bakıda “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumunda Günay Mahmudova bildirib ki, Dövlət Vergi Xidməti (DVX) vergi inzibatçılığını modernləşdirmək üçün strateji istiqamətləri müəyyən edib.

Rəqəmsal transformasiyanın əsas məqsədi vergi sistemini daha şəffaf, sadə və istifadəçi yönümlü etməkdir. Əsas planlar arasında:

  • ƏDV bəyannaməsinin avtomatik doldurulması mexanizminin tətbiqi və digər vergi bəyannamələrinə mərhələli genişləndirilməsi,

  • Vergi inzibatçılığında süni intellektə əsaslanan risk analizi sistemlərinin tətbiqi, risklərin operativ müəyyən olunması və nəzarətin effektivliyinin artırılması,

  • Ənənəvi vergi nəzarəti proseslərinin avtomatlaşdırılmış sistemlərlə əvəz olunması,

  • Vergi ödəyicilərinin qanunvericiliyə riayət etməsini asanlaşdırmaq üçün yeni rəqəmsal alətlərin tətbiqi.

G. Mahmudova vurğulayıb ki, bu strategiya yalnız texnologiya və struktur dəyişikliyi deyil, həm də vergi inzibatçılığında düşüncə tərzinin və təşkilati mədəniyyətin modernləşdirilməsi məqsədini daşıyır. Bu tədbirlər vergi ödəyiciləri ilə etimadın artırılması, proseslərin şəffaf və ölçülə bilən olması istiqamətində mühüm addımdır.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
DVX vergi inzibatçılığının modernləşdirilməsi üçün yeni rəqəmsal strateji istiqamətləri açıqlayıb — Fins.az — Fins.az