Dünyanın aparıcı kosmetik brendlərinin dəyəri 6% azalıb

Dünyanın aparıcı kosmetik brendlərinin dəyəri 6% azalıb

BİZNES
388

Fins.az - Dünyanın 50 aparıcı kosmetik brendinin ümumi dəyəri son bir ildə 6% azalaraq 149,8 milyard dollara düşüb.

“Brand Finance Cosmetics 50 2026” araşdırmasına əsasən, ən böyük pay yenə də Fransa brendlərinə məxsusdur. Onların ümumi dəyəri 68,5 milyard dollar təşkil edir ki, bu da ümumi göstəricinin 47%-nə bərabərdir. ABŞ brendləri 35% payla ikinci, Almaniya isə 6% payla üçüncü yerdə qərarlaşıb.

Hesabatda qeyd olunur ki, geosiyasi və iqtisadi qeyri-müəyyənlik qlobal kosmetika sənayesində artım tempini zəiflədib. İstehlakçılar artıq daha çox keyfiyyət və effektivliyə üstünlük verir, sübut olunmamış məhsullara yüksək məbləğ ödəməyə daha az meylli olurlar.

Eyni zamanda, iqlim dəyişiklikləri də bazara təsir göstərir. Şirkətlər hava şəraitinə uyğunlaşan, daha davamlı və qoruyucu xüsusiyyətlərə malik kosmetik məhsulların hazırlanmasına yönəlirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünyanın aparıcı kosmetik brendlərinin dəyəri 6% azalıb — Fins.az — Fins.az