
Dünya bazarında qızılın qiyməti kəskin ucuzlaşıb
Fins.az - COMEX əmtəə birjasında qızılın qiymətində kəskin azalma qeydə alınıb.
Bir troya unsiyası qızılın qiyməti 123,4 dollar ucuzlaşaraq 4 561,9 dollar təşkil edib.
Eyni zamanda, gümüşün qiyməti də geriləyib. Bir unsiya gümüş 7,78 dollar azalaraq 77,55 dollara düşüb.
Ekspertlər qiymətli metallardakı dəyişiklikləri qlobal maliyyə bazarlarındakı dalğalanmalar və investor davranışları ilə əlaqələndirirlər.