Dövlət şirkəti 15 milyon manatlıq 6 tenderə yekun vurub - QALİB ŞİRKƏTLƏR

Dövlət şirkəti 15 milyon manatlıq 6 tenderə yekun vurub - QALİB ŞİRKƏTLƏR

BİZNES
1,002

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti yaşayış məntəqələrində əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması və texniki işlərin görülməsi ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalında bildirilir ki, tenderlərin qalibləri “Azər Elektrik Tikinti", "İqbal-R", "Azərtranss" və "Şəmkir Su Artezian-Nur” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1 milyon 75 min manat, 5 milyon 924 min manat, 3 milyon 530 min manat və 4 milyon 935 min manat, ümumilikdə isə 15 milyon 464 min manat ödəniləcək.

"Report" 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət şirkəti 15 milyon manatlıq 6 tenderə yekun vurub - QALİB ŞİRKƏTLƏR — Fins.az — Fins.az