
Dövlət Neft Fondunun neft-qaz gəlirləri 4,95 milyard manat olub
Fins.az – 2026-cı ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 953,4 milyon manat təşkil edib.
Bu barədə Fond məlumat yayıb.
Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 789,8 milyon manat və ya 13,7% azalıb.
Hesabat dövründə ARDNF mənfəət neftinin və qazın satışından 4 milyard 947,6 milyon manat gəlir əldə edib.
Bundan əlavə, bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat, akrhesabı ödənişləri isə 4,9 milyon manat təşkil edib.
2026-cı ilin yanvar-iyun aylarında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından ARDNF-yə 4 milyard 374,9 milyon manat vəsait daxil olub.
Eyni dövrdə "Şahdəniz" yatağından qaz və kondensat üzrə daxilolmalar 437,1 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə AÇG yatağından Fonda daxilolmalar 1,2% azalıb.
Bununla yanaşı, "Şahdəniz" yatağından daxilolmalar illik müqayisədə 3,3% artıb.