Dövlət Neft Fondunun aktivləri 22,5% artıb

Dövlət Neft Fondunun aktivləri 22,5% artıb

BİZNES
408

2025-ci il ərzində Dövlət Neft Fondunun (DNF) aktivlərinin ümumi həcmi ilin əvvəlinə nəzərən 22,5 faiz artaraq 73,5 milyard ABŞ dollarına çatıb, aktivlər üzrə gəlirlilik 6,2 faiz təşkil edib.

Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, aktivlərin ÜDM və borc göstəricilərinə nisbətinin əlverişli səviyyələrdə olmasına baxmayaraq, büdcə gəlirlərinin əhəmiyyətli hissəsi (2026-cı ildə33,2%) Fondun transferti hesabına formalaşır.

Məlumatda bildirilir ki, Bençmark təhlilinə əsasən neftlə zəngin olan və suveren fondlardan büdcəyə davamlı transfert yönəldilən ölkələrdə (məsələn, Qazaxıstan 15%, Norveç 25%) eyni göstərici daha aşağı nisbətdədir. Bu baxımdan, növbəti illərdətransfertin mərhələli şəkildəazaldılması və illik transfertlərin həcmlərinin ən qabaqcıl təcrübəkimi DNF-nin aktivlərinin idarəetmə gəlirləri səviyyəsinə çatdırılması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Neft Fondunun aktivləri 22,5% artıb — Fins.az — Fins.az