Dövlət Neft Fondundan büdcəyə transfert proqnozdan az olub

Dövlət Neft Fondundan büdcəyə transfert proqnozdan az olub

BİZNES
960

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 2820,0 milyon manat məbləğində transfertə qarşı 1576,0 milyon manat məbləğində transfert daxil olub.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyindən bildirib.

Qeyd olunub ki, hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1244,0 milyon manat və ya 44,1 faiz az istifadə olunmasına imkan verib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət Neft Fondundan büdcəyə transfert proqnozdan az olub — Fins.az — Fins.az