Di Mayo: Son 10 ildə Azərbaycandan İtaliyaya ixracın həcmi 55 milyard avronu ötüb

Di Mayo: Son 10 ildə Azərbaycandan İtaliyaya ixracın həcmi 55 milyard avronu ötüb

BİZNES
840

On ildən az müddətdə İtaliya və Azərbaycan arasında ticarət dövriyyəsi 70% artıb. Bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayo deyib.

“İtaliya Azərbaycanın birinci ticari tərəfdaşı hesab olunur. On ildən az müddətdə bizim ticari əlaqələrimiz 70% artıb. Son on ildə İtaliyanın Azərbaycandan olan idxalı 55,5 milyard avro təşkil edib. Bizim şirkətlərimiz Azərbaycanda aktiv fəaliyyət göstərir və son 15 ildə onlar tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri 7 milyard avro təşkil edir”, - deyə o, bu gün Romada keçirilən İtaliya-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, 100-dən çox İtaliya şirkəti hazırda Azərbaycanda dizayn, turizm, aqrar sənaye, nəqliyyat və logistika sahələrində fəaliyyət göstərir.

“Bizim sənaye sahəsində əməkdaşlığımızı gücləndirmək üçün lazımi şərtlərimizin hamısı var. Biz əminik ki, italyan şirkətlərinin bacarıqları sizə kömək edəcək. Mən əminəm ki, Abşeron ərazilərinin münbitləşdirilməsində italyan şirkətləri böyük rol oynaya biləcəklər. Eləcə də demək istəyirəm ki, italyan şirkətləri infrastruktur, maşınqayırma, əczaçılıq, tekstil və ağır sənaye sahələrində fəaliyyət göstərməkdə çox maraqlıdırlar”, - deyə Di Mayo əlavə edib

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Di Mayo: Son 10 ildə Azərbaycandan İtaliyaya ixracın həcmi 55 milyard avronu ötüb — Fins.az — Fins.az