Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək

Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək

BİZNES
332

Martın 23-24-də Daşkənddə beynəlxalq İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək.

Fins.az bu barədə Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, Özbəkistan və İtaliyanın kənd təsərrüfatı nazirliklərinin təşəbbüsü ilə martın 23-24-də Daşkənddə İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirakı ilə "Dayanıqlı aqroekosistemlər üçün innovasiyalar, bərpaedici kənd təsərrüfatı və rəqəmsallaşma" mövzusunda beynəlxalq aqrobiznes forumu keçiriləcək.

Forum kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, investisiyaların cəlbi və innovativ texnologiyaların müzakirəsi üçün platforma olacaq. Tədbirdə İtaliya, Mərkəzi Asiya ölkələri və Azərbaycandan olan aparıcı ekspertlər və investorlar iştirak edəcəklər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Daşkənddə İtaliya-Mərkəzi Asiya-Azərbaycan aqrobiznes forumu keçiriləcək — Fins.az — Fins.az