Daşınmaz əmlak bazarında aktivlik: Bu il 82,3%-i təkrar qeydiyyat olub

Daşınmaz əmlak bazarında aktivlik: Bu il 82,3%-i təkrar qeydiyyat olub

BİZNES
267

2026-cı ilin yanvar-fevral ayları ərzində daşınmaz əmlak üzərində 58 996 mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışla təmin edildiyi açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verilib.

Məlumata görə, qeydiyyata alınan mülkiyyət hüquqlarının 10 448-i və ya 17,7%-i ilkin, 48 548-i və ya 82,3%-i isə təkrar qeydiyyatın payına düşüb.

Hesabat dövründə fərdi yaşayış və bağ evləri üzrə 12 704, mənzillər üzrə 13 865, torpaq sahələri üzrə 30 313 mülkiyyət hüququ qeydiyyata alınıb.

Bununla yanaşı, qeyri-yaşayış binaları üzrə 561, qeyri-yaşayış sahələri üzrə 1 452, əmlak kompleksləri üzrə 85, çoxmərtəbəli yaşayış binaları üzrə isə 16 mülkiyyət hüququnun dövlət qeydiyyatının aparıldığı bildirilib.

Qeyd olunub ki, bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 14 604-ü Bakı şəhərinin, qalan hissəsi isə regionların payına düşüb.

Eyni zamanda, 2026-cı ilin ilk 2 ayında 41 323 texniki pasportun tərtib edildiyi və 10 004 ipoteka müqaviləsinin qeydiyyata alındığı açıqlanıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Daşınmaz əmlak bazarında aktivlik: Bu il 82,3%-i təkrar qeydiyyat olub — Fins.az — Fins.az