Çinin sentyabrda gündəlik neft idxalı 11,5 milyon barel təşkil edib

Çinin sentyabrda gündəlik neft idxalı 11,5 milyon barel təşkil edib

BİZNES
443

Finss.az xəbər verir ki, İnterfaks agentliyinin Baş Gömrük İdarəsinin məlumatlarına əsaslanan hesablamalarına görə, Çin 2025-ci ilin sentyabr ayında gündəlik orta hesabla 11,498 milyon barel neft idxal edib.

Bu göstərici avqust ayı ilə müqayisədə 1,3% az, lakin ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.

Mütləq rəqəmlərlə, Çin sentyabrda 47,252 milyon ton neft idxal edib. Müqayisə üçün, bu rəqəm avqustda 49,492 milyon ton, 2024-cü ilin sentyabrında isə 45,488 milyon ton olub.

İdxalın dəyəri isə 23,83 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çinin sentyabrda gündəlik neft idxalı 11,5 milyon barel təşkil edib — Fins.az — Fins.az