
Çindən Rusiyaya konteyner daşımalarının qiyməti artır
Fins.az - Çindən Rusiyaya konteyner daşımalarının dəyəri artmaqdadır. Buna əsas səbəb yük axınlarının yenidən bölüşdürülməsi və daşımaların əsasən Uzaq Şərq marşrutlarına yönəlməsidir.
Mütəxəssislərin sözlərinə görə, Çin–Rusiya istiqamətində idxal daşımalarının həcmi ötən illə müqayisədə artıb. Bu artımda avtomobil daşımalarının payı xüsusilə böyükdür.
Eyni zamanda, logistika bazarında qeyri-sabit vəziyyət şirkətləri daha təhlükəsiz hesab edilən marşrutlara yönəldir ki, bu da nəticədə daşınma tariflərinin yüksəlməsinə səbəb olur.