
Çində ÜDM artımı gözləntiləri üstələyib
Fins.az - Çin iqtisadiyyatı 2026-cı ilin birinci rübündə illik ifadədə 5 faiz artaraq analitiklərin proqnozlarını üstələyib. ÜDM-in həcmi bu dövrdə 33,4 trilyon yuan (təxminən 4,87 trilyon dollar) təşkil edib.
Artım tempi 2025-ci ilin son rübündə qeydə alınan 4,5 faizlə müqayisədə sürətlənib. Ekspertlər isə göstəricinin 4,8 faiz səviyyəsində olacağını proqnozlaşdırırdılar.
Rüblük müqayisədə iqtisadi artım 1,3 faiz olub və bu da gözləntilərə uyğun gəlib.
Rəsmi məlumatlara görə, hesabat dövründə istehsal və təklif artıb, daxili tələbat güclənib, məşğulluq sabit qalıb, qiymətlər isə mülayim şəkildə yüksəlib. Bu amillər Çin iqtisadiyyatının dayanıqlılığını və inkişaf potensialını göstərir.