Çin limanlarında daşınan yük və konteynerlərin həcmi 2023-cü ildə artıb

Çin limanlarında daşınan yük və konteynerlərin həcmi 2023-cü ildə artıb

BİZNES
257

Çin Nəqliyyat Nazirliyinin məlumatına görə, yanvar-noyabr aylarında ölkə limanlarında daşınan konteynerlərin həcmi 280 milyon TEU, daşınan yüklərin həcmi isə 15,51 milyard ton təşkil edib.

Fins.az xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə daşınan vahid konteynerlərin sayı 4,9 faiz, yüklərin həcmi isə 8,4 faiz artıb.

Sözügedən dövrdə xarici ticarətlə bağlı yükdaşımalar da 9,6 faiz artıb.

Artımlar Covid-19 epidemiyası ilə əlaqədar 2022-ci ildə həyata keçirilən tədbirlərin yaratdığı aşağı bazanın təsiri ilə əlaqədardır.

Çində 2022-ci ildə Covid-19 epidemiyası səbəbilə ölkənin əsas limanlarına ev sahibliyi edən Şanxay, Quançjou, Ninbo, Sincan, Tianjin, Qingdao və Dalian kimi şəhərlərdə tətbiq edilən karantin tədbirləri yük daşımalarında fasilələrə səbəb olub.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çin limanlarında daşınan yük və konteynerlərin həcmi 2023-cü ildə artıb — Fins.az — Fins.az