"Chevron" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

"Chevron" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub

BİZNES
148

Fins.az - Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı Enerji Həftəsi" çərçivəsində "Chevron" şirkətinin Avrasiya biznes bölməsinin idarəedici  direktoru Derek Maqnes ilə görüş keçirib.

Görüşdə Azərbaycanın enerji sektoru üzrə beynəlxalq şirkətlərlə strateji tərəfdaşlığın inkişafına verdiyi önəm diqqətə çatdırılıb. Ölkəmizin iqtisadi inkişaf və enerji sahəsindəki strateji prioritetləri, habelə tərəflər arasında əməkdaşlığın gələcək perspektivləri vurğulanıb.

Xəzər dənizi vasitəsilə enerji nəqlinin təşkili, ixrac marşrutları, eləcə də karbonsuzlaşma sahəsindəki layihələr barədə ətraflı müzakirələr aparılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Chevron" şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub — Fins.az — Fins.az