Cəbrayıldakı sənaye parkında yeni layihə: Tütün məhsulları hazırlanacaq

Cəbrayıldakı sənaye parkında yeni layihə: Tütün məhsulları hazırlanacaq

BİZNES
394

“Baku International Tobacco” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə etdiyi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında rezident statusu verilib.

Fins.az Agentliyə istinadən xəbər verir ki, sözügedən sənaye parkı Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı (Cəbrayıl rayonu) ərazisində yerləşir. Yeni rezident tütün məmulatlarının (siqaret) istehsalı ilə məşğul olacaq.

Məlumata əsasən, layihənin investisiya dəyəri 47 milyon manat təşkil edir və istehsal olunacaq məhsulların həm daxili bazarda satışı, həm də ixracı planlaşdırılır.

Bildirilir ki, “Araz Vadisi İqtisadi Zonası”nda indiyədək 20 sahibkarlıq subyektinə rezident, 3 sahibkara isə qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən Sənaye Parkına ümumilikdə 48,3 milyon manatdan çox investisiya yatırılıb və 130-dan artıq iş yeri yaradılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cəbrayıldakı sənaye parkında yeni layihə: Tütün məhsulları hazırlanacaq — Fins.az — Fins.az