Buffetin şirkətində mənfəət azaldı

Buffetin şirkətində mənfəət azaldı

BİZNES
414

Fins.az - Amerikalı milyarder Warren Buffett-ə məxsus investisiya şirkəti Berkshire Hathaway 2025-ci ili mənfəət azalması ilə başa vurub.

Şirkətin xalis mənfəəti ötən il 25% azalaraq 67 milyard dollara, əməliyyat mənfəəti isə 6% geriləyərək 44,5 milyard dollara düşüb.

2025-ci ilin dördüncü rübündə xalis mənfəət 19,2 milyard dollar (A sinfi səhm üzrə 13 349 dollar) təşkil edib. Bir il əvvəl bu göstərici 19,69 milyard dollar (13 695 dollar) idi.

Rüb ərzində investisiya gəlirləri əhəmiyyətli dərəcədə artaraq 13,494 milyard dollara yüksəlib (ötən il 5,167 milyard dollar). ABŞ mühasibat standartlarına əsasən bu göstərici şirkətin portfelindəki qiymətli kağızların bazar dəyərində dəyişiklikləri də əhatə edir və buna görə də bazar dalğalanmalarından birbaşa asılıdır.

Əməliyyat mənfəəti isə 14,53 milyard dollardan 10,2 milyard dollara enib.

“Biz investorların əsas diqqəti əməliyyat mənfəətinə yönəltməsini tövsiyə edirik, çünki bu göstərici şirkətin real biznes fəaliyyətini daha düzgün əks etdirir”, – şirkət bildirib.

Dördüncü rüb artıq ardıcıl 13-cü rüb olub ki, Berkshire müxtəlif şirkətlərin səhmlərini alışdan daha çox satıb. Eyni zamanda, altıncı rüb ardıcıl olaraq şirkət öz səhmlərinin geri alımını (buyback) həyata keçirməyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Buffetin şirkətində mənfəət azaldı — Fins.az — Fins.az