Bu ticarət əməliyyatlarının nəticəsində 1416,9 milyon dollar məbləğində müsbət saldo yaranıb

Bu ticarət əməliyyatlarının nəticəsində 1416,9 milyon dollar məbləğində müsbət saldo yaranıb

BİZNES
634

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 96 ölkəyə məhsul ixrac olunmuş, 149 ölkədən idxal olunmuşdur.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb.

Məlumata görə, Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 8180,5 milyon ABŞ dolları təşkil edib.

Belə ki, ticarət dövriyyəsinin 4798,7 milyon dollarını və ya 58,7 faizini ölkədən ixrac olunmuş məhsulların, 3381,8 milyon dollarını (41,3 faizini) isə idxal məhsullarının dəyəri təşkil etdib.

Hesabat dövründə aparılmış əməliyyatların nəticəsində 1416,9 milyon dollar məbləğində müsbət saldo yaranıb.

 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 25,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 40,5 faiz, ixrac isə 0,4 faiz azalıb.

Müəllif:Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ticarət əməliyyatlarının nəticəsində 1416,9 milyon dollar məbləğində müsbət saldo yaranıb — Fins.az — Fins.az