
BTC neft kəməri vasitəsilə Türkiyə ərazisindən 16,412 milyon barel neft nəql olunub
2026-cı ilin mart ayında Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri vasitəsilə Türkiyə ərazisindən 16,412 milyon barel neft nəql olunub.
Fins.az Türkiyənin “BOTAŞ” şirkətinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin mart ayı ilə müqayisədə, o zaman 18,625 milyon barel təşkil etməklə, təxminən 11,9% azalma nümayiş etdirib.
Məlumata əsasən, 2026-cı ilin yanvar–mart aylarında BTC vasitəsilə ümumilikdə 47,354 milyon barel neft nəql edilib.
Qeyd olunur ki, 2025-ci ildə BTC ilə Türkiyə ərazisindən ümumilikdə 206,434 milyon barel neft nəql olunub, 2024-cü ildə isə bu göstərici 224,142 milyon barel təşkil edib. Beləliklə, illik müqayisədə 7,9% azalma qeydə alınıb.
BTC Co.-nun səhmdarları sırasında bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), ITOCHU (3,40%), ONGC Videsh (3,10%), ExxonMobil (2,50%) və INPEX (2,50%) yer alır.