
Brent nefti ucuzlaşaraq $99,71-ə düşsə də, həftəni artımla başa vurur
Fins.az - Cümə günü neft qiymətləri ucuzlaşsa da, Yaxın Şərqdəki münaqişə fonunda həftəni artımla başa vurur.
Londonun ICE Futures birjasında may fyuçersləri üzrə Brent markalı neftin qiyməti $0,75 (0,75%) azalaraq bir barel üçün $99,71 təşkil edib. Nyu-Yorkun NYMEX birjasında aprel fyuçersləri üzrə WTI markalı neft isə $1,6 (1,67%) ucuzlaşaraq $94,13 səviyyəsinə enib.
Həftənin əvvəlindən etibarən Brent nefti 8%-dən çox, WTI isə 5%-dən çox bahalaşıb. Hər iki etalon marka əvvəlki ticarət sessiyasında 2022-ci ilin avqustundan bəri ən yüksək səviyyədə bağlanıb.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Rusiya nefti və neft məhsullarının satışına 30 gün müddətinə icazə verən ümumi lisenziya verib. Bununla belə, analitiklər bildirirlər ki, bu addım qlobal tədarük problemlərini tam həll etmir.