
Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başladı
Xaçmaz KOB İnkişaf Mərkəzində gənclər və qadınlar üçün Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumat yayımlayıb
Məlumatda bildirilir ki, Biznes İnkubasiya Mərkəzi Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə yaradılıb. Burada rezidentlərə biznes layihələrin hazırlanması, maliyyə resurslarına çıxış imkanları və maliyyənin idarə olunması, mentor və digər xidmətlər göstərilir