
Bitkoinin məzənnəsi son iki həftənin minimumuna enib
Fins.az - Bitcoinnın məzənnəsi ticarət zamanı son iki həftənin ən aşağı səviyyəsinə düşüb.
Məlumata görə, bitkoinin qiyməti bir ara 61,877 min ABŞ dollarına qədər geriləyib. Son göstəricilərə əsasən isə kriptovalyuta təxminən 3,3 faiz ucuzlaşaraq 62,260 min dollar səviyyəsində ticarət olunub.
Ekspertlər qeyd edirlər ki, kriptovalyutaların ucuzlaşması ABŞ texnologiya sektorundakı enişlə paralel baş verir. Süni intellekt infrastrukturu üçün böyük xərclərlə bağlı narahatlıqlar investorların riskli aktivlərə marağını azaldıb.
Bundan əlavə, ABŞ Federal Ehtiyat Sisteminin (FED) ilin sonuna qədər faiz dərəcələrini yenidən artıra biləcəyi gözləntiləri də bazara əlavə təzyiq göstərir.