Beynəlxalq logistika xidmətlərində yeni yanaşma - Abşeron Logistika Mərkəzi

Beynəlxalq logistika xidmətlərində yeni yanaşma - Abşeron Logistika Mərkəzi

BİZNES
187

Fins.azAbşeron Logistika Mərkəzi beynəlxalq yükdaşımalar sahəsində geniş xidmət spektri təqdim edərək yüklərin dünyanın istənilən nöqtəsinə operativ və təhlükəsiz çatdırılmasını təmin edir.

Şirkətin məlumatına görə, müştərilərin ehtiyaclarına uyğun fərdi yanaşma tətbiq olunur və ən səmərəli daşınma marşrutları seçilir.

Logistika mərkəzi çərçivəsində dəmir yolu, hava yolu, avtomobil yolu və dəniz yolu daşımaları üzrə xidmətlər göstərilir. Dəmir yolu daşımaları üzrə beynəlxalq əməkdaşlıqlar, hava yolu daşımalarında sürətli çatdırılma, avtomobil yolu daşımalarında geniş istifadə imkanları və dəniz yolu daşımalarında isə xərclərin optimallaşdırılması əsas üstünlüklər kimi qeyd edilir.

Şirkət bildirir ki, təqdim olunan xidmətlər beynəlxalq logistika zəncirinin səmərəliliyini artırmağa və bizneslər üçün daha çevik həllər yaratmağa yönəlib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...