BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı neftin bahalaşmasını zəiflədib

BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı neftin bahalaşmasını zəiflədib

BİZNES
224

Fins.az - Neft qiymətlərində artım tempi Birləşmiş Ərəb Əmirliklərinin OPEC və OPEC+ sazişindən çıxmaq qərarı fonunda bir qədər zəifləyib.

Məlumata görə, Londondakı ICE Futures birjasında iyun ayı üzrə Brent markalı neftin fyuçersləri 111,58 dollar/barel səviyyəsinə yüksəlib. Bu, əvvəlki bağlanış qiyməti ilə müqayisədə 3,35 dollar və ya 3,1 faiz artım deməkdir.

Eyni zamanda, Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin iyun fyuçersləri 3,75 dollar (3,89%) bahalaşaraq 100,12 dollar/barel olub.

Qeyd olunur ki, gündəlik 3–3,5 milyon barel neft hasil edən BƏƏ mayın 1-dən etibarən OPEC və OPEC+ formatından çıxacağını açıqlayıb. Bu qərar bazarda qeyri-müəyyənlik yaratsa da, qiymət artımının sürətini müəyyən qədər məhdudlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BƏƏ-nin OPEC və OPEC+ təşkilatlarından çıxmaq qərarı neftin bahalaşmasını zəiflədib — Fins.az — Fins.az