BƏƏ-nin inkişaf naziri: Azərbaycanın inkişaf modeli dünya ölkələrini ruhlandırır

BƏƏ-nin inkişaf naziri: Azərbaycanın inkişaf modeli dünya ölkələrini ruhlandırır

BİZNES
230

Azərbaycanın uğurlu və qabaqcıl inkişaf modeli həqiqətən də dünyanın digər ölkələrinə ilham verir.

Fins.az xəbər verir ki, bunu BƏƏ-nin İnkişaf və gələcək hökumət məsələləri üzrə dövlət naziri Ohud Bint Xəlfan Əl Rumi Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunda çıxışı zamanı deyib.

“BƏƏ və Azərbaycan arasında hər zamankından daha güclü olan möhkəm münasibətlərin dərinliyini qeyd etmək istərdim”, - o bildirib.

Onun sözlərinə görə, buna BƏƏ Prezidentinin 2024-cü ilin yanvarında Azərbaycana səfəri də sübutdur: “Bu səfər iki ölkə arasında bir çox mühüm sazişlərin imzalanması ilə əlamətdar oldu. Bugünkü forum təcrübə mübadiləsi üzrə dövlət proqramına dair imzalanmış saziş çərçivəsində keçirilir”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BƏƏ-nin inkişaf naziri: Azərbaycanın inkişaf modeli dünya ölkələrini ruhlandırır — Fins.az — Fins.az