BƏƏ-nin 2PointZero şirkəti ABŞ-ın Traverse Midstream şirkətini 2,25 milyard dollara alır

BƏƏ-nin 2PointZero şirkəti ABŞ-ın Traverse Midstream şirkətini 2,25 milyard dollara alır

BİZNES
306

Fins.az - Birləşmiş Ərəb Əmirliklərinin investisiya şirkəti 2PointZero Group PJSC ABŞ-ın Traverse Midstream Partners LLC şirkətini 2,25 milyard dollar dəyərində almaq barədə razılığa gəlib. Sövdələşmənin bütün zəruri tənzimləyici təsdiqlər alındıqdan sonra tamamlanacağı bildirilir.

Traverse Midstream qaz infrastrukturu sahəsində bir sıra aktivlərə malikdir. Şirkət Rover Pipeline və Ohio River System qaz kəmərlərində paylara sahibdir. Bu kəmərlər Utica və Marcellus şist yataqlarından çıxarılan təbii qazı Kanadanın şərqinə, Meksika körfəzinə və ABŞ-ın Orta Qərb bölgəsinə çatdırır.

2PointZero şirkəti BƏƏ-nin milli təhlükəsizlik müşaviri və ölkə prezidentinin qardaşı şeyx Təhnun bin Zayed əl-Nəhyanın nəzarət etdiyi şirkətlər qrupuna daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
BƏƏ-nin 2PointZero şirkəti ABŞ-ın Traverse Midstream şirkətini 2,25 milyard dollara alır — Fins.az — Fins.az