
Baş Nazir: “Azərbaycan “Doing Business” hesabatında ən islahatçı 20 ölkə arasında yer alıb”
“İndiyədək Nazirlər Kabineti ilə Milli Məclisin birgə uzlaşdırılmış fəaliyyəti bütün sahələrdə vahid dövlət siyasətinin həyata keçirilməsini şərtləndirib”.
Bunu Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.
Ə. Əsədov bildirib ki, bu əməkdaşlıq bundan sonra da davam etdiriləcək: “Ölkə başçısı tərəfindən həyata keçirilən struktur və kadr islahatları digər qurumlar kimi, Nazirlər Kabinetinin də fəaliyyətinə stimul verməkdədir. 2019-cu il islahatlar ili kimi yadda qalıb. Əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycan “Doing Business” hesabatında ən islahatçı 20 ölkə arasında yer alıb”.
(c)APA