Bank hesabları bloklanmış sahibkarlara da yardım ediləcək

Bank hesabları bloklanmış sahibkarlara da yardım ediləcək

BİZNES
773

Bank hesablarına sanksiyalar qoyulmuş sahibkarlara dövlət kömək edəcək.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov REAL TV-yə müsahibəsində məlumat verib. 

O bildirib ki, bəzi sahibkarların bank hesablarına məcburi dövlət ödənişləri, vergi və sosial sığorta ödənişlərini ödəmədiyinə görə müəyyən sanksiyalar qoyulub: “Sahibkar maliyyə dəstəyindən rahat istifadə edə bilsin deyə, banklara göstəriş veriləcək ki, sanksiyalar götürülsün. Yəni bu vəsait orada bloklanmış şəkildə qalmasın”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bank hesabları bloklanmış sahibkarlara da yardım ediləcək — Fins.az — Fins.az