Baltikyanı ölkələr Rail Baltica-nın elektrikləşdirilməsi üçün 1,77 milyard avroluq saziş imzalayıb

Baltikyanı ölkələr Rail Baltica-nın elektrikləşdirilməsi üçün 1,77 milyard avroluq saziş imzalayıb

BİZNES
444

Litva, Latviya və Estoniya Rail Baltica dəmir yolu layihəsinin elektrikləşdirilməsi ilə bağlı 1,77 milyard avro dəyərində müqavilə imzalayıb. Saziş Vilnüsdə keçirilən mərasimdə rəsmi şəkildə təsdiqlənib. Layihə çərçivəsində 2,400 km uzunluğunda dəmir yolu elektrikləşdiriləcək, 50 minədək ötürücü xətt dayağı quraşdırılacaq.

RB Rail birgə müəssisəsinin rəhbəri Marko Kivila bildirib ki, bu müqavilə ilk dəfə üç Baltikyanı ölkəni əhatə edən tamhüquqlu elektrikləşdirmə razılaşmasıdır. Rail Baltica, Baltikyanı ölkələri Avropa dəmir yolu şəbəkəsinə birləşdirməyi hədəfləyən ən böyük regional infrastruktur layihəsidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Baltikyanı ölkələr Rail Baltica-nın elektrikləşdirilməsi üçün 1,77 milyard avroluq saziş imzalayıb — Fins.az — Fins.az