Bakıda yol təmirinin həcmi artıb

Bakıda yol təmirinin həcmi artıb

BİZNES
384

Fevral ayında Bakı şəhərində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən cari təmir işlərinin həcmi artıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, fevral ayında paytaxtda ümumilikdə 9 124,9 kvadratmetr sahədə cari təmir işləri aparılıb. Yanvar ayında isə bu göstərici 8 053,3 kvadratmetr təşkil edib.

Beləliklə, fevral ayında həyata keçirilən təmir işlərinin həcmi əvvəlki ayla müqayisədə 13,3% artıb.

Qurumdan qeyd olunub ki, şəhər ərazisində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol örtüyünün bərpası və digər cari təmir tədbirləri mərhələli şəkildə davam etdirilir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda yol təmirinin həcmi artıb — Fins.az — Fins.az