Bakıda sənaye istehsalının həcmi 3,6 milyard manat olub

Bakıda sənaye istehsalının həcmi 3,6 milyard manat olub

BİZNES
368

2026-cı ilin yanvar ayında Bakıda sənaye sektorunda istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,6 milyard manat təşkil edib.

Fins.az Bakı şəhər Statistika İdarəsinin məlumatına əsasən xəbər verir ki, hesabat ayı üzrə sənaye məhsulunun 70,0 faizi mədənçıxarma, 25,1 faizi emal, 3,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz təşkil edib. Ümumilikdə istehsalın 86,4 faizi sənaye məhsulundan, 13,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsindən ibarət olub.

İstehsal olunmuş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar nəzərə alınmaqla, sənaye müəssisələrinin anbarlarında 1 fevral 2026-cı il tarixinə 431,8 milyon manatlıq hazır məhsul ehtiyatı mövcud olub. Həmçinin, anbarlarda digər müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş məhsulların dəyəri 39,9 milyon manat təşkil edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakıda sənaye istehsalının həcmi 3,6 milyard manat olub — Fins.az — Fins.az